“İrandakı nüvə materiallarının olduğu obyektlərdə heç bir zədə aşkar edilməyib”.
525.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) açıqlamasında vurğulanıb.
"Ən son peyk görüntülərinin təhlilinə əsasən, AEBA nüvə materialları olan İran obyektlərində heç bir ziyan aşkar etməyib və buna görə də hazırda radioaktiv şüalanma riski yoxdur. İsfahandakı nüvə obyektinin yaxınlığında iki binaya zədə dəydiyi görünür. Natanz və Buşehr nüvə obyektlərində də heç bir zədə aşkar edilməyib”, - agentlik açıqlamasında bildirib.
Pərvanə Sultanova
çap et