525.Az

Türkiyə və İran xarici işlər nazirləri arasında telefon danışığı olub


 

Türkiyə və İran xarici işlər nazirləri arasında<b style="color:red"> telefon danışığı olub</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Fidan İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkar edilən və sonradan zərərsizləşdirilən ballistik sursatlarla bağlı ölkəsinin  reaksiyasını çatdırıb və qarşı tərəfin münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməli olduğunu bildirib.

"İranın bütün bu yerləri (Körfəz ölkələrini) heç bir fərq qoymadan bombalaması inanılmaz dərəcədə səhv bir strategiyadır”, - deyə Hakan Fidan vurğulayıb.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) əvvəllər İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına doğru getdiyi aşkar edilən İrandan atılan ballistik sursatların Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında zərərsizləşdirildiyini açıqlamışdı.

İbrahim Cəfərov

 





04.03.2026    çap et  çap et