525.Az

Ötən il 4 299 nəfər aliment ödəməkdən yayınıb


 

Ötən il 4 299 nəfər aliment ödəməkdən yayınıb<b style="color:red"></b>

"Alimentlə bağlı işlərin sayı ilbəil 10 faiz artır".

525.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.

Nazir müavini qeyd edib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 şəxs barəsində inzibati protokol tərtib olunub: “Son 5 ildə aliment işlərinin sayı 10 minədək artıb. Aliment işinin icrası isə aşağıdır. Alimentin ödənilməsində yaranan çətinliklər vəsaitin, iş yerinin olmaması, iş yerlərinin tez-tez dəyişməsi ilə bağlıdır”.

 





04.03.2026    çap et  çap et