525.Az

Bakı-Sumqayıt-Bakı qatarlarının 7-9 mart üçün hərəkət qrafiki açıqlanıb


 

Bakı-Sumqayıt-Bakı qatarlarının 7-9 mart üçün hərəkət qrafiki açıqlanıb<b style="color:red"></b>

Martın 7-9-da Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.

525.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.

 





04.03.2026    çap et  çap et