Dünən axşam saatlarında İraqın bütün bölgələrində elektrik enerjisi kəsilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ilk olaraq "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Ardınca ölkənin energetika nazirliyi faktı təsdiqləsə də, problemin nədən qaynaqlandığını açıqlamayıb.
Qeyd edək ki, hazırda cavabdeh qurumlar elektrik enerjisinin bərpasına çalışırlar.
L.Tağıyeva
çap et