Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı bölgədəki son vəziyyəti dəyərləndiriblər.
Həmçinin tərəflər arasında İran tərəfindən Türkiyə hava məkanına yönəldilən və daha sonra zərərsizləşdirilən raket məsələsi də müzakirə edilib.
Danışıq zamanı Türkiyənin təhlükəsizlik məsələləri ən yüksək səviyyədə vurğulanıb.
İbrahim Cəfərov
çap et