525.Az

Sahibkarlar bayramla əlaqədar süni şəkildə qiymətləri artırırlar - Millət vəkili


 

Sahibkarlar bayramla əlaqədar süni şəkildə qiymətləri artırırlar - <b style="color:red">Millət vəkili </b>

“Novruz bayramı Azərbaycanın milli bayramlarından biridir. Təbii ki, Azərbaycanda hər bir ailə Novruz bayramını təmtəraqla qeyd etməyə çalışır. Bu baxımdan bəzi sahibkarlar Novruz bayramında daha çox tələbat olacaq deyə, süni şəkildə qiymətləri artırırlar”.

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, bütövlükdə istehlak bazarında həm monitorinqlər güclənməli, süni qiymət artımına nəzarət edilməlidir. Süni şəkildə qiymət artımı baş verirsə, dövlət qurumları tərəfindən həmin qiymətlərin optimallaşması lazımdır. Eyni zamanda, Novruz bayramında daha çox tələb olunan məhsulların satışı ilə bağlı yarmarkaların keçirilməsi məqsədəuyğundur.

Sevinc Qarayeva 
 

 





05.03.2026    çap et  çap et