“Azərbaycan Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə edib. Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalayıb. Bundan əlavə, İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan iki neftayırma müəssisəsi əldə etmişik. Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq neftayırma müəssisəmizi də nəzərə alsaq, bu, Aralıq və Egey dənizlərində ümumən 22 milyon tonluq neftayırma potensialına nail olacağımız deməkdir. Yəni, davamlı neft məhsulları təchizatı, minlərlə yanacaqdoldurma stansiyası”.
Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib. Ekspert qeyd edib ki, Azərbaycan enerji sahəsində nəinki hasilatçı və istehsalçı, təchizatçı, tranzitçi, əsas təminatçı ölkə kimi daha çox tanınacaq, artıq tanınır. Ona görə də, vaxtilə bir sıra mühüm layihələrimizə "ağız büzən və əyənlər", Azərbaycanda yetərincə neft-qaz yoxdur deyənlər son illər ərzində "qapımızda növbəyə" düzülüblər.
Sevinc Qarayeva
çap et