525.Az

ADY sərnişin qatarlarına qarşı daş atmaların sayını açıqlayıb


 

ADY sərnişin qatarlarına qarşı daş atmaların sayını açıqlayıb<b style="color:red"></b>

Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

Bu barədə  525.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

"Nəticədə, qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib", - məlumatda qeyd olunur.

Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.

 





05.03.2026    çap et  çap et