“Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir”.
525.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” hesabında paylaşım edib.
“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - paylaşımda vurğulanıb.
Pərvanə Sultanova
çap et