525.Az

Gürcüstanın müdafiə naziri Zakir Həsənovla telefonla danışıb


 

Gürcüstanın müdafiə naziri Zakir Həsənovla telefonla danışıb<b style="color:red"></b>

Martın 5-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

 





05.03.2026    çap et  çap et