525.Az

Hindistanda qırıcı təyyarə yoxa çıxdı


 

Hindistanda qırıcı təyyarə yoxa çıxdı<b style="color:red"></b>

Dünən Hindistanda uçuş zamanı Su-30MKİ qırıcısı ilə əlaqə kəsilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi-hava qüvvələri sosual şəbəkə hesabında paylaşım edib.

Assam ştatının Corhat şəhərindən havaya qalxan təyyarənin ekipajı sonuncu dəfə yerli vaxtla 19.42-də (Bakı vaxtı ilə 18.12) əlaqəyə çıxıb. Bundan sonra onlarla əlaqə itib.

Qeyd edək ki, qırıcının axtarışlarına başlanılıb. Onun qəzaya uğraması ehtimalı böyükdür.

L.Tağıyeva

 





06.03.2026    çap et  çap et