525.Az

Saxta sement istehsal etdiyi üçün “Qaradağ-AND” MMC-yə iş açıldı


 

Saxta sement istehsal etdiyi üçün  “Qaradağ-AND” MMC-yə iş açıldı<b style="color:red"></b>

“Qaradağ-AND” MMC-nin istehsal etdiyi sementlərdə ciddi problemlər aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 3, 55-ci km ünvanında “Qaradağ-AND” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı müəyyənləşdirilib.

Bundan başqa, “Qaradağ-AND” əmtəə nişanlı M-300, M-400 və M-500 markalı sementlərin etiketlərində məhsulların “Qaradağ-AND” MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi aşkar olunub. Eyni zamanda, yoxlama zamanı sementlərin etiketində heç bir normativ texniki sənədə əsaslanmadan onun istifadə qaydaları barədə məlumatların qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən “Qaradağ-AND” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

 





29.11.2012    çap et  çap et