525.Az

İranın hücumları nəticəsində BƏƏ-də yaralananların sayı artıb 


 

İranın hücumları nəticəsində BƏƏ-də yaralananların sayı artıb <b style="color:red"></b>

“Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İranın raket hücumları nəticəsində zərərçəkənlərin sayı 112 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Onların arasında müxtəlif ölkələrin, o cümlədən BƏƏ, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Misir, Hindistan, Pakistan, Sudan, Türkiyə, Şri-Lanka və digər ölkələrin vətəndaşları var.

Qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemləri 6 martda doqquz ballistik raketi aşkarlayaraq məhv edib. 112 drondan isə 109-u ələ keçirilib, 3-ü ölkə ərazisinə düşüb.

İranın təcavüzündən bu yana 205 ballistik raket aşkar edilib, onlardan 190-ı məhv edilib, 13-ü dənizə, ikisi isə ölkənin ərazisinə düşüb.

Pərvanə Sultanova

 





06.03.2026    çap et  çap et