525.Az

Neftin qiyməti 119 dollara yaxınlaşıb


 

Neftin qiyməti 119 dollara yaxınlaşıb<b style="color:red"></b>

Dünya enerji bazarında neftin qiyməti kəskin şəkildə artmaqda davam edib.

525.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel ayı üzrə fyuçerslərinin qiyməti 27,26% artaraq 115,68 ABŞ dollarına yüksəlib.

Brent markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 08:20-də 28% artaraq 118,73 dollara kimi yüksəlsə də sonra nisbətən geriləyib və hazırda 116,35 ABŞ dolları/barel səviyyəsində ticarət olunur.

Qeyd edək ki, bu, dünya bazarında neftin qiymətinin 2020-ci ildən bəri ən böyük artımı dinamikasıdır. Qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginlik və enerji infrastrukturuna mümkün təhlükələrlə bağlı narahatlıqlarla əlaqələndirilir.

 





09.03.2026    çap et  çap et