İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.
525.az xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.
İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.
Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
xxxx
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.
525.az xəbər verir ki, saat 09:00-dan 13:00-dək ümumilikdə 5 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.
Təxliyə olunanlar arasında 1 Pakistan, 1 Böyük Britaniya, 1 Almaniya və 2 Azərbaycan vətəndaşı var. Onlar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir.
çap et