525.Az

Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib


 

Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

525.az-a bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 





09.03.2026    çap et  çap et