525.Az

Endrik yenə Fransada hamını qabaqladı


 

Endrik yenə Fransada hamını qabaqladı<b style="color:red"></b>

Müqavilə ilə "Real"a məxsus olan və icarə "Lion"da çıxış edən Endrik fevral ayı üçün Fransa Liqasında ən yaxşı futbolçu seçilib.

525.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard Fransa çempionatında fevral ayında 4 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 19 yaşlı futbolçunun Fransadakı uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib. Daha əvvəl "Çelsi" və "Atletiko"nun hücumçu ilə maraqlandığı bildirilmişdi.

 





09.03.2026    çap et  çap et