525.Az

İki gündə dələduzluğa görə axtarışda olan 14 nəfər tutulub


 

İki gündə dələduzluğa görə axtarışda olan 14 nəfər tutulub<b style="color:red"></b>

Polis əməkdaşlarının martın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 





09.03.2026    çap et  çap et