Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın çıxış etdiyi "Panionios" Yunanıstan Kubokunun qalibi olub.
525.az xəbər verir ki, final görüşündə "Thiras" üzərində 3:1 hesablı qələbə qazanan Afina təmsilçisi kuboku başı üzərinə qaldırıb.
Polina Rəhimovanın komandası üstün oyun nümayiş etdirərək mövsümü titulla başa vurub.
Polina Rəhimovanın çıxış etdiyi Panionios klubu Yunanıstan Kubokunu qazanıb
çap et