525.Az

BƏƏ-də hərbi helikopter qəzaya uğradı 


 

BƏƏ-də hərbi helikopter qəzaya uğradı <b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərində hərbi helikopter qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.

İdarəetmədən çıxaraq yerə çırpılan nəqliyyat vasitəsinin hər 2 pilotu həlak olub. 

Qeyd edək ki, qəzanın texniki nasazlıq üzündən baş verdiyi bildirilir.

L.Tağıyeva

 





10.03.2026    çap et  çap et