525.Az

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək


 

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək<b style="color:red"></b>

10-13 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

 





10.03.2026    çap et  çap et