525.Az

Dərbənd meri barəsində cinayət işi başlanıb


 

Dərbənd meri barəsində cinayət işi başlanıb<b style="color:red"></b>

Dağıstan prokurorluğunda Dərbənd şəhərinin meri İmam Yaraliyev barəsində cinayət işi başlanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, məmur 1500 kv.m. federal əhəmiyyətli torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirməkdə ittiham olunur. 
 
Cinayət işi RF CM-nin 286-cı maddəsi üzrə (Vəzifə səlahiyyətlərini  aşma) başlanıb.
 
Qeyd edək ki, fevralın 3-də Dağıstan Prokurorluğu Dərbənd şəhər administrasiyası tərəfindən dövlətə 35 milyard rubl həcmində ziyan vurulması faktı üzrə aparılmış yoxlamanın materiallarının istintaq orqanlarına verilməsi barədə məlumat yaymışdı. 
 
Xatırladaq ki, bundan əvvəl DİN və FTB əməkdaşları Dərbənd şəhər administrasiyasında baxış keçirmişdi.

 





13.02.2015    çap et  çap et