Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran dövlət başçısı Məsud Pezeşkian arasında telefon danışığı olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan diplomatiyaya qapı açılmasına ehtiyac olduğunu və Türkiyənin buna nail olmaq üçün səy göstərdiyini bildirib.
O, Türkiyənin İrana qarşı qanunsuz müdaxilələri qınadığı kimi, İranın bölgədəki ölkələri hədəf almasının da tərəfdarı olmadığını vurğulayıb. Ərdoğan qeyd edib ki, heç kimin xeyrinə olmayan bu hərəkətlərə son qoyulmalıdır.
Türkiyə Prezidenti Manabda məktəbə hücumda həlak olan uşaqlara görə böyük təəssüf hiss keçirdiyini deyib, həmçinin İranın Ali Lideri Əli Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verib.
Ərdoğan əlavə edib ki, yeni Ali Liderin seçilməsinin regionda sülhə töhfə verəcəyinə ümid edir.
Pezeşkian da öz növbəsində Türkiyə hava məkanına daxil olan raketlərin İran mənşəli olmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırma aparacaqlarını bildirib.
İsgəndər Həsənov
çap et