525.Az

İbtidai təhsilə başlanğıc üçün baza rolunu oynayır - Elçin Əfəndi


 

İbtidai təhsilə başlanğıc üçün baza rolunu oynayır - <b style="color:red">Elçin Əfəndi</b>

"5 yaşlı uşaqlar məktəbə hazırlıq qruplarında təhsil alırlar. Əgər həmin uşaqlarda 5 yaşadək yazı və digər ilkin vərdişlər formalaşmayıbsa, bu bacarıqların məktəbəhazırlıq dövründə müəllim tərəfindən öyrədilməsi vacibdir”.
Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib. O qeyd edib i, məktəbəhazırlıq qrupları, əslində, ibtidai təhsilə başlanğıc üçün baza rolunu oynayır. Əgər uşaqlarda müəyyən bilik və bacarıqlar məktəbəqədər mərhələdə formalaşmayıbsa, bu hazırlıq dövründə həmin vərdişlərin inkişaf etdirilməsi zəruridir:

“Müəllimin uşaqlardan yazı bacarığını dərhal tələb etməsi doğru deyil. Müəllimin əsas funksiyası qarşısında əyləşən uşaqlarda bilik və bacarıqların formalaşmasına dəstək vermək, onların fərdi inkişafını təmin etməkdir. Əgər uşaq yazını hələ bacarmırsa, müəllimin buna görə sərt münasibət göstərməsi və ya cəza tətbiq etməsi yolverilməzdir".

Sevinc Qarayeva 
 

 





10.03.2026    çap et  çap et