525.Az

Livanda parlament seçkiləri iki il müddətinə təxirə salındı


 

Livanda parlament seçkiləri iki il müddətinə <b style="color:red"> təxirə salındı</b>

Livan Parlament Baş Assambleyası may ayında başa çatmalı olan parlamentin səlahiyyət müddətini iki il uzadılmasını barədə qərar qəbul edib.

525.az xəbər verir ki, bu barədə Livanın rəsmi informasiya agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, müddətin uzadılmasının lehinə 76 parlament üzvü səs verib. 41 nəfər qərarın əleyhinə səs verdiyi halda, 4 nəfər də bitərəf qalıb.

Seçkilərin iki il təxirə salınması qərarı ilə avtomatik olaraq bu ilin may ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri də 2028-ci ilə təyin olunub.

İbrahim Cəfərov

 





10.03.2026    çap et  çap et