525.Az

Azərbaycan çempionatında cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb


 

Azərbaycan çempionatında cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb<b style="color:red"></b>

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

525.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXIII tura təsadüf edib.

"Qarabağ" "Araz-Naxçıvan"ın qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda 6 top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da "Zirə" evdə "Kəpəz"ə, sentyabrın 21-də "Qarabağ" səfərdə "Araz-Naxçıvan"a 5 cavabsız qol vurub.

 





10.03.2026    çap et  çap et