525.Az

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı


 

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı<b style="color:red"></b>

Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

525.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

 





10.03.2026    çap et  çap et