"ABŞ və İsrailin İrana qarşı müharibəsində Rusiya yeganə qalibdir".
525.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta Brüsseldə keçirilən Aİ səfirlərinin görüşündə deyib.
Siyasətçi bildirib ki, Moskva artan neft qiymətlərindən faydalana bilib. Ukraynanın ehtiyac duyduğu resurslar və diqqət Yaxın Şərqə yönəldilir. Rusiya Ukraynanın mövqeyini sarsıdır, beynəlxalq hüququ pozur və o, müharibəni maliyyələşdirmək üçün daha çox resursa malikdir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə qeyd edib ki, Yaxın Şərqdəki müharibə Aİ-nin enerji zəifliyini və qazıntı yanacaqlarından asılılığını üzə çıxardı: “Bu sahədə biz tamamilə bahalı və etibarsız təchizatdan asılıyıq. Bu, digərləri ilə müqayisədə bizim zəifliyimizdir".
Pərvanə Sultanova
çap et