525.Az

Kriptobirjada nisbi eniş müşahidə olunub


 

Kriptobirjada nisbi eniş müşahidə olunub<b style="color:red"></b>

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin qiymətlərində qarışıq dinamika qeydə alınıb.

525.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,39 trln. dollar səviyyəsində formalaşıb.

Son 24 saat ərzində "Bitcoin"in qiyməti 0,22% azalıb və 70 017,88 dollar səviyyəsində qərarlaşıb. Eyni zamanda, BTC-nin bazar kapitallaşması 1,40 trln. dollar təşkil edir. BTC-nin qiyməti son 7 gündə isə 3,19% artıb.

Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum" isə sutka ərzində 0,16% ucuzlaşıb və 2 036,72 dollar səviyyəsində ticarət olunur. "Ethereum"un bazar kapitallaşması 246,7 mlrd dollar təşkil edir.

Digər əsas kriptovalyutalarda da sutkalıq azalma qeydə alınıb. BNB-nin qiyməti 0,42% azalaraq 643,60 dollar, Solana-nın qiyməti 0,62% azalaraq 157,47 dollar, XRP-nin qiyməti 0,64% azalaraq 0,526 dollar, "Dogecoin"in qiyməti 0,63% azalaraq 0,158 dollar, "Cardano"nun qiyməti isə 0,30% azalaraq 0,418 dollar səviyyəsində formalaşıb.

 





11.03.2026    çap et  çap et