525.Az

Azərbaycanda daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib


 

Azərbaycanda daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib<b style="color:red"></b>

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub.

525.az KOBİA-ya istinadən xəbər verir ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.

"Startap" şəhadətnamələri "İmza İdea Lab" MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, "Baysart" MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, "NM Soft" MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, "SALAMXPERT" MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, "AL Digital" MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, "TTC Service" MMC-nin "VmV App" brendi altında VPN servis xidməti, "Narchin" MMC-nin rəqəmsal yük daşıma platforması, "RR Company" MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 





11.03.2026    çap et  çap et