525.Az

"Bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək" - Eyyub Kərimli


 

"Bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək" - <b style="color:red"> Eyyub Kərimli</b>

“Neftin qiymətindəki hər 1 dollarlıq artım Azərbaycan üçün ildə təxminən 300-350 milyon dollar əlavə ixrac gəliri yaradır”.

Bunu 525.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O bildirib ki, bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir:

"Əgər neftin qiyməti 10 dollar artsa, bu, Azərbaycanın əlavə gəlirlərinə müsbət təsir göstərəcək. On dollarlıq bahalaşma hesabına təxminən 3-3,5 milyard dollar əlavə ixrac gəliri, təxminən 1,5 milyard dollar isə əlavə büdcə gəliri formalaşacaq".

Eyyub Kərimli qeyd edib ki, bu hesablama Azərbaycanın gündəlik təxminən 0,5-0,6 milyon barel neft istehsal etməsi faktına əsaslanır.
Bununla yanaşı, ekspert vurğulayıb ki, neft qiymətlərinin yüksəlməsi hər zaman müsbət faktor kimi qiymətləndirilməməlidir:

“Enerji daşıyıcılarının bahalaşması qlobal iqtisadiyyatda inflyasiyanın sürətlənməsinə də səbəb olur”.

Sevinc Qarayeva 

 





11.03.2026    çap et  çap et