525.Az

"Bu, normal bazar prosesidir" - Xalid Kərimli


 

"Bu, normal bazar prosesidir" - <b style="color:red"> Xalid Kərimli</b>

"Demək olar ki, hər il bayram ərəfəsində müəyyən məhsullara – xüsusilə bayram süfrəsi üçün istifadə olunan məhsullara  tələbat artdığına görə bazar qanunlarına uyğun olaraq qiymətlərdə müəyyən artım müşahidə olunur. Bu, normal bazar prosesidir”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib.

Onun dediyinə görə, tələbat yüksəldikcə qiymətlər də müəyyən qədər artır:

“Bayram dövründə həmin məhsullarda müvəqqəti qiymət artımı baş verir, lakin bayramdan sonra adətən bu qiymətlər yenidən sabitləşir və əvvəlki səviyyəyə qayıdır”.

Sevinc Qarayeva 

 





11.03.2026    çap et  çap et