Hizbullahı hədəf alan İsrail, Livana hücumlarını davam etdirir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan etibarən İsrailin hücumları nəticəsində ölənlərin sayının 570-ə çatdığını, 1444 nəfərin yaralandığını açıqlayıb.
İsrail ordusu Hizbullahın Kərz-i Hasen (faizsiz həmrəylik) təşkilatının anbarlarına hücum elan edib. Bu səbəbdən də Litani çayının cənubunda yaşayanların köçürülməsi ilə bağlı çağırış olunub.
İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” platforması vasitəsilə ərazi sakinlərinə səslənib. O, insanların evlərini tərk edib Litani çayının şimalına köçmələri olduqlarını qeyd edib.
İbrahim Cəfərov
çap et