525.Az

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib


 

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib<b style="color:red"></b>

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait, tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

Sevinc Qarayeva 

 





11.03.2026    çap et  çap et