525.Az

Obamanı bir də belə görün - Video


 

Obamanı bir də belə görün - <b style="color:red">Video</b>

ABŞ Prezidenti Barak Obama ölkənin xəbər nəşri üçün yumoristik çarxa çəkilib.

Axşam.az-ın məlumatına görə, bu barədə trend TASS agentliyinə istinadən xəbər verir.

"Hamının etdiyi, amma haqqında heç kimin danışmadığı şeylər" adlı videoçarxda Prezidentin və "BuzzFeed”-in jurnalistinin "müsahibəyə hazırlığı" təsvir edilir.

Obama güzgü qarşısında öz çıxışını məşq edir, öz-özünə dil göstərir, bloknotda arvadı Mişelin portretini çəkir, stəkanda peçenyeni südlə islatmağa çalışır, monopodun köməyi ilə selfi edir və təsəvvür edilən basketbol topu oynayır.

Ağ Evin başçısı “BuzzFeed” tərəfindən Prezidentin böyük önəm verdiyi “Obamacare” tibbi sığorta proqramını reklam etməsi müqabilində bu çarxa çəkilməyə razılıq verib. İnternet portalında yerləşdirilən istinadda bu proqram barədə informasiya almaq mümkündür.

Hitə çevrilən çarxa artıq internetdə bir neçə milyon dəfə baxılıb.

 





13.02.2015    çap et  çap et