525.Az

İsveçrədə mikroavtobus yandı, 6 nəfər həlak oldu


 

İsveçrədə mikroavtobus yandı, 6 nəfər həlak oldu<b style="color:red"></b>

Kersers şəhərində mikroavtobusun yanması nəticəsində azı 6 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə dünən axşam saatlarında baş verib.

Poçt daşıma xidməti ilə məşğul olan "PostBus" kompaniyasına məxsus mikroavtobus tamamilə yanıb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfəri ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Daha 2 nəfərin xəsarətləri yüngül olduğundan yerində tibbi yardım alıb. 

Yerli polisdən verilən məlumata görə, nəqliyyat vasitəsinin qəsdən yandırılması ehtimalı böyükdür. Hər halda araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

L.Tağıyeva

 





11.03.2026    çap et  çap et