525.Az

Efiopiyada təbii fəlakət 30 nəfərin ölümünə səbəb olub 


 

Efiopiyada təbii fəlakət 30 nəfərin ölümünə səbəb olub <b style="color:red"></b>

Ölkənin cənubunda, Qamo bölgəsi rayonlarında leysan yağışlar və torpaq sürüşməsi 30 nəfərin ölümü ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Efiopiya bölgəsinin qubernatoru Tilaxun Kebede  məlumat verib.

Qubernatorun bildirdiyinə görə, 2 gün davam edən leysan yağışlar yaşayış evlərinə, infrastruktura, kənd təsərrüfatına ciddi ziyan vurub. Ən çox zərər Arba-Minç şəhərinə və ətraf ərazilərə dəyib. 

Qeyd edək ki, qonşu Keniyada da bənzər vəziyyətdir. Təbii fəlakət nəticəsində burada daha 50-dən çox insanın həyatını itirib.

L.Tağıyeva

 





12.03.2026    çap et  çap et