525.Az

“525-ci qəzet”in 13 mart sayında nələr var? - ANONS


 

​​​​​​​QƏZETİMİZİ KÖŞKLƏRDƏN, POÇT ŞÖBƏLƏRİNDƏN, ELƏCƏ DƏ ABUNƏ VASİTƏSİLƏ ƏLDƏ EDƏ BİLƏRSİNİZ!

“525-ci qəzet”in 13 mart sayında nələr var? -<b style="color:red"> ANONS</b>

- “Azərbaycan-Avropa İttifaqı: Tərəfdaşlıqda yeni mərhələ” - Pərvanə Sultanovanın təhlili;

- Rəşad Məcid status-esselərin növbəti hissəsini təqdim edir - “Qələmsiz yazılanlar”;

- “Neftin bahalaşması nə vəd edir?” - Sevinc Qarayeva ekspertlərlə söhbətində bu suala cavab tapmağa çalışır;

- Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət - “Təhlükə yaratmayan, müxalif İran ABŞ-a sərf edir”;

- “Buraxılış imtahanları: iddialar və reallıqlar” - Test tapşırıqlarının çətinliyi ilə bağlı səsləndirilən iddialar nə dərəcədə doğrudur?;

- Fidan Rzayeva “Azərbaycan dili haqqında”;

- “Tarixi şans – 21 Azər...” - Xalq yazıçısı Anar tarixin səhifələrini vərəqləyir;

- “Kinoseans” rubrikası - “Sıfır kilometr”: Niyə müharibələr baş verir?;

- “Milli Teatr Günü təntənəsi və Türk dünyasının ortaq səhnəsi” - Reportaj;

- Rafael Hüseynov Tacəddin Əmir Əhmədi yad edir - “Gəncədə yeri görünən abidə”;

- “İlk üz tutacağım yer Azərbaycan olar” - Şahanə Müşfiqin suallarını tanınmış türkiyəli aktyor Tamer Karadağlı cavablandırır;

- Aytac Sahədin “Bir rəsmin dedikləri” rubrikasında bu dəfə rus rəssamı Vasili Vasilyeviç Vereşşaginin “Müharibə apafeozu” əsəri müzakirəyə çıxarılır;

- “Aydınlığa aydınlıq gətirən” - Şəmsi Vəfadardan unudulmaz Aydın Səlimzadənın əziz xatirəsinə;

- Vaqif Bəhmənli Aqil Abbasın “Rəmiş” povesti haqqında - “Rəmiş, getmək vaxtıdı...”;

- “Əski Türk qurultaylarını xatırladan bir qurultay” - Vilayət Quliyevin Elçin İbrahimin “Birinci Türkoloji qurultay. Ortaq əlifba, imla və ədəbi dil məsələləri” kitabı üzərində düşüncələri;

- Əlisəfdər Hüseynovun “İnsan mənzərələri” silsiləsindən - “Bütün yaxşılıqlara ölüm”;

- “Üçüncü bahar” Yaşlı insanların hüzur tapdıqları məkan” - Tamilla M-Zadənim müsahibi “Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Nərmin xanım Qəniyevadır;

- Telman Orucovun silsiləsinin davamı - “Qərblə Şərq əks qütblər olmamalıdır”;

- “Ailə institutumuzu mənfi təsirlərdən qorumalıyıq” - “Azərbaycan ailəsi dünyada ən yaxşi ailə modellərindən hesab olunur”;

- Sosial şəbəkədə yazılanlar - “Kim daha çox müsəlmandır?”;

- “İraq-türkman ədəbiyyatının fəadakar təəssübkeşi” - Professor Qəzənfər Paşayevin iki kitabı haqqında bir yazı;

- Yazıçı-publisist Kamil Əfsəroğlunun müsahibəsi - “Elə yazmalıyıq ki, bizi düşmən də oxusun”;

- “5 qəpikdən 13 qəpiyə: su aparatlarında qiymət niyə fərqlidir?”;

- Asif Bəkirlinin qeydləri - “İnsan kapitalının inkişafına ekosistem yanaşması”;

- “Bayramqabağı bahalaşma nə ilə bağlıdır?” - Araşdırma;

- Cahangir Məmmədlinin yazısı - “Media savadlılığı” - hər kəs üçün dərs vəsaiti”;

- ən maraqlı mədəniyyət, siyasət, təhsil və iqtisadiyyat xəbərləri;

- və s.

QƏZETİMİZİ KÖŞKLƏRDƏN, POÇT ŞÖBƏLƏRİNDƏN, ELƏCƏ DƏ ABUNƏ VASİTƏSİLƏ ƏLDƏ EDƏ BİLƏRSİNİZ!

 





12.03.2026    çap et  çap et