525.Az

Anaklaudia Rossbax Hikmət Hacıyevlə WUF13-ə hazırlığı müzakirə edib


 

Anaklaudia Rossbax Hikmət Hacıyevlə WUF13-ə hazırlığı müzakirə edib<b style="color:red"></b>

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) hazırlıqlar barədə xoş fikir mübadiləsi apardıq. Geri sayım mərhələsinə yaxınlaşdıqca liderliyi və dəstəyinə görə Azərbaycana minnətdarıq”.

525.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru, BMT Baş katibinin müavini Anaklaudia Rossbax öz “X” hesabında yazıb.

“WUF13-ü birlikdə davamlı urbanizasiya və qlobal dialoq üçün bir mərhələyə çevirməyi hədəfləyirik”, - o əlavə edib.

 





12.03.2026    çap et  çap et