525.Az

Moskvada hotel yandı - 100-dən çox insan təxliyə olundu 


 

Moskvada hotel yandı -<b style="color:red"> 100-dən çox insan təxliyə olundu </b>

Moskvanın şimal-şərqində yerləşən "Vosxod" hotelində güclü yanğın baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın tikilinin 2-ci mərtəbəsində başlayıb. 

Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər 120-dən çox sakin və personalı təxliyə edib. Oteli tərk edə bilməyən daha 7 nəfər xilas olunub. Yanğın zamanı xəsarət alan olmasa da, hotelə ciddi ziyan dəyib.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

L.Tağıyeva

 





13.03.2026    çap et  çap et