525.Az

Azərbaycanda fərdi uçota alınmış sığortaolunanların sayı 2 ayda 23 min nəfər artıb


 

Azərbaycanda fərdi uçota alınmış sığortaolunanların sayı 2 ayda 23 min nəfər artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların sayı 22,7 min nəfər artıb.

525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bu il martın 1-nə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.

Xatırladaq ki, ötən il Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfərdən çox və yaxud 3,2 % artıb.

 





13.03.2026    çap et  çap et