525.Az

Azərbaycanda 10 ölkədən 22 media nümayəndəsi fəaliyyət göstərir


 

Azərbaycanda 10 ölkədən 22 media nümayəndəsi fəaliyyət göstərir<b style="color:red"></b>

2025-ci ildə 10 ölkədən olan 22 media nümayəndəsi ölkəmizdə jurnalist kimi fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçib.

525.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə ölkəmizdə keçirilən müxtəlif tədbirlər, habelə ölkəmizin azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin qayıdışı, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, ölkəmizin tarixi, mədəniyyəti, mətbəx və turizm potensialının işıqlandırılması məqsədilə 37 ölkədən 506 xarici media nümayəndəsi qısamüddətli akkreditasiyadan keçərək ölkəmizə səfər edib.

 





13.03.2026    çap et  çap et