“Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdırlar və Qlobal Cənubun mühüm üzvləridir”.
525.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri xanım Lu Mey brifinqdə deyib.
O bildirib ki, Çin Azərbaycanın öz milli şəraitinə uyğun inkişaf yolu tutmasını dəstəkləyir.
“Biz Çinin modernləşdirilməsi imkanlarını Azərbaycanla bölüşməyə, hər iki ölkə üçün qarşılıqlı fayda və inkişaf üçün birgə yeni gələcək yaratmağa və bəşəriyyət üçün ortaq gələcəyi olan icma qurmağa hazırıq’, - səfir vurğulayıb.
Pərvanə Sultanova
çap et