“Süni intelektdən və ya rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur”.
Bu fikri 525.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və ya rəqəmsal həllərin tətbiqi nəticəsində əldə edilməsinin də hesablanmasına ehtiyac var:
“Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4.7 milyard dollar intervalında qiymətləndirilir. 2035-ci ilədək isə 46.6 milyard dollara çatacağı proqnozlaşdırılır. Azərbaycanda hələ süni intelektin sektorial yaratdığı dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir”.
Sevinc Qarayeva
çap et