525.Az

Rusiyada 7 nəfər dəm qazından boğulub


 

Rusiyada 7 nəfər dəm qazından boğulub<b style="color:red"></b>

Penza vilayətində, Zareçnı kəndində 2 mərtəbəli, 8 mənzilli yaşayış evində faciə yaşanıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gecə mənzillərdən 4-ə dəm qazı dolması üzündən 7 nəfər ölüb.

Penza vilayətinin qubernatoru Oleq Melniçenkonun verdiyi açıqlamaya görə, ilkin versiya kimi faciəyə bacanın tutulması səbəb olub. Hər halda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bənzər hadisə ötən ay Dağıstanın Paraul kəndindəki uşaq bağçasında da yaşanmışdı. Doğrudur, həmin vaxt ölən olmasa da, 10 uşaq dəm qazından boğulma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

L.Tağıyeva

 





13.03.2026    çap et  çap et