525.Az

“İrana hücum edənlər məqsədlərinə çata bilməyiblər” - Lukaşenko


 

“İrana hücum edənlər məqsədlərinə çata bilməyiblər” - <b style="color:red"> Lukaşenko</b>

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, İrana hücum edənlər məqsədlərinə çata bilməyiblər.

525.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

O, İsrailin əvvəllər Qəzza zolağını bombaladığını xatırladıb və orada canlı heç nəyin qalmadığını deyib.

“İran nəhəng, dağlıq bir ölkədir. Saysız-hesabsız tunellər qazıb, gizlədiblər. Heç bir silah onlara çatmayacaq. İsraillilər bunu hesablamalı və Trampa deməli idilər: "Vəziyyət belədir, nə edəcəyik?". Əllərində silah gəldilər, nə oldu? Heç nə. Mən onların nə istədiklərini bilirəm. Hökuməti devirməkdən tutmuş, nüvə obyektlərini bombalamağa və nüvə silahlarından imtina etməyə qədər dörd-beş məqam var idi. Heç nə alınmadı”, - Lukaşenko bildirib.

Əlavə edib ki, Belarus ehtiyatlı, balanslı, insani mövqe tutur: “İranla yaxşı münasibətlərimiz var idi. Ölkəni bombaladılar, qədim bir ölkə. Biz bu müharibəyə qarışmırıq. Mən ölkəmə heç bir problem yaratmaq istəmirəm. Amerikalılar və yəhudilər artıq özləri üçün çoxlu problem yaradıblar".

Pərvanə Sultanova

 





13.03.2026    çap et  çap et