525.Az

İlber Ortaylı vəfat edib


 

İlber Ortaylı vəfat edib<b style="color:red"></b>

6 gündür reanimasiyada müalicə alan türkiyəli tarixçi İlber Ortaylı vəfat edib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Səhhətində yaranan problemlərə görə bir müddətdir Koç Universiteti Xəstəxanasında reanimasiyada müalicə alan 78 yaşlı Ortaylının vəziyyəti pisləşdiyi üçün dünən süni nəfəs aparatına qoşulmuşdu.

İbrahim Cəfərov

 





13.03.2026    çap et  çap et