525.Az

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 246 milyon manata yaxın olub


 

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 246 milyon manata yaxın olub<b style="color:red"></b>

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 245 milyon 974 min 800 manat təşkil edib.

525.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

Ticarət şəbəkəsində 126 milyon 923 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 119 milyon 51 min 800 manatlıq qeyri-qida məhsulları satılıb.

 





14.03.2026    çap et  çap et