525.Az

Dünya bazarlarında neft bahalaşıb


 

Dünya bazarlarında neft bahalaşıb<b style="color:red"></b>

Ötən gün dünya bazarlarında neft qiymətləri artıb.

525.az xəbər verir ki, WTI (Nymex) markalı neftin bir barelinin qiyməti 3,11% artaraq 98,71 ABŞ dolları olub.

Brent (ICE) markalı neftin bir barelinin isə qiyməti 2,67% artaraq 103,14 ABŞ dolları təşkil edib.

 





14.03.2026    çap et  çap et